Qəbələdə Vətən müharibəsinin qaziləri diqqət və qayğı ilə əhatə olunublar

6

Vətən müharibəsi döyüşləri zamanı yaralanan qəbələli qazilər rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar. Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırırlar.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu günlərdə Vətən müharibəsi qazilərindən Bum qəsəbə sakini Kamalzadə Zaur Qərib oğlu, Nic qəsəbəsindən Çotari Dmitri Romanoviç, Mustafayev Orxan Elxan oğlu, Alcanov Məhəmməd Aydin oğlu evlərində ziyarət olunublar.

Qeyd edək ki, indiyədək rayonun rəhbər şəxsləri tərəfindən 70 nəfərədək müharibə qazisinə baş çəkilib, onların ehtiyacları öyrənilib, diqqət və qayğı göstərilib. Eyni zamanda, Yeni il ərəfəsində qazi ailələrinə bayram sovqatları çatdırılıb.

Müharibə qazilərinin ailə üzvlərinin də iştirak etdiyi belə görüşlərdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub.

Şərh yaz