Qazaxıstanda parlament seçkiləri başlayıb

7

Bu gün Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu il səsvermə karantin şəraitində keçiriləcək, buna görə sanitar normalara riayət olunmasına xüsusi diqqət yetirilir. Seçki məntəqələrində sanitariya qurğuları quraşdırılıb, həmçinin sosial məsafəni xatırladan nişanlar qoyulub.

Qeyd edək ki, bu seçkilər 1995-ci ildən bəri ilk dəfə Qazaxıstan Konstitusiyasında göstərilən vaxtda keçirilir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyadan, “Qazaxıstan Xalq Partiyası”, “Nur Otan”, “Auıl” Xalq Demokratik partiyası, “Ak Jol” Demokratik partiyası və “Adal” siyasi partiyasının iştirak etdiyi və ümumilikdə 312 millət vəkilinin yarışdığı seçkilərdə təxminən 11 milyondan çox seçici səs verəcək.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 30 ölkədən və 10 beynəlxalq təşkilatdan olan 398 müşahidəçi seçkilər izləyir.

Qeyd edək ki, Milli Məclisin deputatları Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə komitəsinin, Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyirlər.

Ölkədə ilk dəfə siyasi partiyaların seçkilərə qatılması üçün tələb olunan imza sayı 40 mindən 20 minə endirilib.

Xaricdə yaşayan vətəndaşların eyni gündə səs verməsi üçün 54 ölkədə 66 seçki məntəqəsi yaradılıb.

Şərh yaz