Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Gürcüstan strateji əməkdaşlığı davam etdiriləcək

12

“Türkiyə- Gürcüstan strateji əməkdaşlığı bundan sonra da davam etdiriləcək”.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstan baş naziri Giorgi Qaxariyanın bu vəzifəyə yenidən təyin olunması münasibətilə təbrik məktubda əksini tapıb.
Gürcüstan hökuməti dəftərxanasından bildirilib ki, Türkiyə Prezidenti təbrik məktubunda ölkəsi ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.
“Bölgədə dayanıqlı sülh və sabitliyin bərqərar olması üçün fürsətlər pəncərəsinin yarandığı dövrdə sizin rəhbərliyiniz altında ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə davam etdiriləcəyinə əminəm”, – məktubda belə deyilir.
Türkiyə Prezidenti Gürcüstan hökumətinin başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına firavanlıq arzulayıb: “Qoy Yeni il ölkələrimiz və bölgəmizə sülh və xeyirxahlıq gətirsin”.

Şərh yaz