Səfərbərlikdən tərxis olunan şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyada növbəti müraciətlərə baxılıb

17

Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 102 müraciətə baxılıb.
Müraciətlərdə qaldırılan məsələlərin həll olunması üzrə komissiya və səyyar qrup tərəfindən müvafiq tədbirlər görülüb.

Şərh yaz