Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir

3

1993-cü il avqustunda Qubadlı rayonunun işğalı nəticəsində qəbirüstü abidələri dağıdılmış Azərbaycanın beş Milli Qəhrəmanının məzar daşları Qubadlı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına bərpa edilir.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, artıq Milli Qəhrəman Əliyar Əliyev, Aqil Məmmədov, Kərəm Mirzəyev, Bəylər Ağayev və Vasili Əliyevin Qubadlıda olan məzar daşları hazırlanıb və yaxın zamanda bərpa olunacaq.
Qeyd edək ki, rayonun doqquz şəhid Milli Qəhrəmanından üçünün – Aslan Atakişiyev, Kazımağa Kərimov və Ələkbər Əliyevin məzarı Bakı şəhərində Şəhidlər xiyabanında, Şükür Həmidovun məzarı isə II Fəxri xiyabandadır.

Şərh yaz