Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, 1 nəfər azərbaycanlı öldürülüb

11

Türkiyə şirkətinə məxsus “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Fərman İsmayılov adlı azərbaycanlı mühəndis olduğu bildirilir.
Gəminin kapitanı bildirib ki, quldurlar radar sistemini pozduqları üçün hazırda gəminin hansı istiqamətdə hərəkət etdiyi bilinmir.

Şərh yaz