Şəhid ailələri diqqət mərkəzindədir

16

Yardımlı Rayon İcra Hakimiyyətinin işçiləri Vətən müharibəsində şəhid olan hərbçilərin ailələrinə baş çəkiblər.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən görüşün iştirakçıları əvvəlcə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların məzarlarını ziyarət ediblər.
Görüşlərdə ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və əlillərə göstərilən dövlət qayğısından danışılıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə, o cümlədən Yardımlıda şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Görüşlərdə şəhid ailələrini narahat edən məsələlərlə maraqlanılıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Şərh yaz