Türkiyə 70 milyon ton soğan ixrac edib

2

Cari ilin 4 ayında Türkiyə Azərbaycana 2550 dollarlıq soğan tədarük edib.

Herbiand.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, ümumilikdə, cari ilin yanvar-aprel ayları ərzində Türkiyədən 16 ölkəyə 69,7 ton soğan tədarük edilib ki, bu məhsulun ixracı qardaş ölkəyə 8 mln. 661 min dollar gəlir gətirib.

Türkiyə soğan ixracından ən çox gəliri 3 mln. 630 min 196 dollarla Rusiyadan əldə edib. İkinci yerdə 2 mln. 182 min 148 dollarla İraq, üçüncü yerdə isə 1 mln. 782 min 991 dollarla Suriya gəlir.

Şərh yaz