Bakıda keçirilməsi planlaşdırılan daha bir beynəlxalq turnir təxirə salınıb

2

Mayda Bakıda keçirilməli olan “Caspian Power” beynəlxalq festivalı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

HerbiAnd.az saytı Azertac-a istinadən xəbər verir ki,

B.Quliyev bildirib ki, dünyada koronavirus pandemiyası bir çox irimiqyaslı yarışların təxirə salınmasına səbəb olub. Ölkəmizdə xüsusi karantin rejimi ilə əlaqədar “Caspian Power” festivalının da vaxtı dəyişdirilib. Hazırda yarışın nə vaxt keçiriləcəyini demək mümkün deyil.

“Ötən il keçirilən “Caspian Power” festivalında idmanın beş növü üzrə yarışlar təşkil olundu və qaliblər müəyyənləşdi. Festivalın təşkilində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyevin böyük dəstəyi oldu. Festivalı keçirməkdə əsas məqsədimiz kütləviliyə nail olmaq idi. Yarış ölkəmizdə və xaricdə böyük maraqla qarşılandı. Gələcəkdə festival çərçivəsində idman növlərinin sayının artırılmasını nəzərdə tutmuşuq. Kikboksinq və qaydasız döyüşün festivalın proqramına salınması istiqamətində danışıqlar aparılır”, – deyə B.Quliyev əlavə edib.

Qeyd edək ki, festival çərçivəsində stronqmen, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar keçirilib. Festival çərçivəsində keçirilən stronqmen yarışları Avrasiya çempionatı xarakteri daşıyırdı. Yarışda 4 ölkədən 7 tanınmış idmançı iştirak edib.

Şərh yaz