“Şahmatda onlayn gediş” turnirinin qalibləri müəyyənləşib

4

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən “Şahmatda onlayn gediş” layihəsi çərçivəsində turnir başa çatıb.

HerbiAnd.az saytı Azertac-a istinadən xəbər verir ki, yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.

Turnirin 12 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən seçmə mərhələsinə 176 şahmatçı qatılıb. Dairəvi sistem üzrə təşkil edilən final mərhələsində isə 10 şahmatçı mübarizə aparıb.

Turnirdə kişilər arasında ən yüksək nəticəni beynəlxalq usta Abdulla Qədimbəyli əldə edib. İkinci yeri Nail Bəşirli, üçüncü pilləni isə Şiroğlan Talıbov tutub. Qadınlar arasında turnirin qalibi isə Ləman Hacıyeva olub.

Turnirdə fərqlənən şahmatçılar mükafatlandırılıblar. Yarışa qatılan 12-14 yaşlı uşaqlar isə Orxan Abdulovun ödənişsiz dərslərində iştirak hüququ qazanıblar.

Yarışın texniki təşkilatçısı və hakimi beynəlxalq usta, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Orxan Abdulov olub.

Şərh yaz