NASA-nın aparatı Marsa eniş edib

4

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) məxsus “Perseverance” aparatı Marsa eniş edib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata əsasən, Marsdan artıq iki foto alınıb: “Biz “Perseverance” aparatının Mars səthində fəaliyyət göstərməsi barədə məlumat aldıq. Artıq Mars səthindən iki foto almışıq”.

Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.

Qeyd edək ki, bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.

Şərh yaz