İtaliyada parlamentin hər iki palatası Mario Draqiyə etimad göstərib

2

İtaliyada yeni Baş nazir Mario Draqi parlamentin hər iki palatasında Senatda keçirilən etimad votumlarını qazanıb və formalaşdırdığı hökumətin fəaliyyəti üçün tələb olunan dəstəyi ala bilib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Nümayəndələr Palatasında 535 deputat yeni hökumətə etimad göstərib, 56 deputat isə qarşı çıxıb. Bu cür yüksək səsvermə nəticəsi ilə Avropa Mərkəzi Bankının keçmiş rəhbəri öz hökumətinin fəaliyyəti üçün tələb olunan sonuncu formal maneəni də aşa bilib. Senatda isə 262 səs Draqi hökumətinin lehinə, 40 səs isə əleyhinə verilib. Bununla da İtaliyada koronavirus pandemiyası dövründə həftələrlə davam edən hökumət böhranı başa çatıb.

Qeyd edilməlidir ki, Draqinin qurduğu hökumət 2018-ci ildə keçirilən parlament seçkilərindən bəri ölkədəki sayca üçüncü hökumətdir. 60 milyon əhalisi olan İtaliyada növbəti parlament seçkiləri 2023-cü ildə baş tutmalıdır. M.Draqinin qarşıya qoyduğu iddialı islahat proqramını həyata keçirmək üçün hökumətin sərəncamında olduqca az zaman qalır. Qarşıdakı aylarda koronavirus böhranı və onun nəticələrinə qarşı mübarizəyə xüsusi diqqət vermək istəyən M. Draqi bu yolla parlamentin və seçicilərin rəğbətini qazanacağına ümid edir.

Elgün Niftəli

Şərh yaz