Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda artım olub

2

Yanvar ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 191,1 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, 2020-ci ilin müvafiq ayı ilə müqayisədə istehsalın həcmində 1,3 faiz artım müşahidə olunub.

Ötən ay su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri 2,2 faiz artaraq 23,8 milyon manat təşkil edib.

Hesabat dövründə sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Yanvar ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 faiz təşkil edib.

Şərh yaz