Nazir: Güzəştli ticarət sazişinin icrası Azərbaycan-Türkiyə ticari əlaqələrinə töhfə verəcək

1

Güzəştli ticarət sazişinin icrası Azərbaycan-Türkiyə ticari əlaqələrinə töhfə verəcək.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirdiyi brifinqdə deyib.

“Bu il mart ayının 1-dən Azərbaycan və Türkiyə arasında güzəştli ticarət sazişinin icrasına başlanılır. Bu da öz növbəsində ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək. Həmçinin Ankarada keçirilən görüşlərdə nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, birgə sərmayələrin yatırılması, hər iki ölkənin ərazisində kənd təsərrüfatı və tekstil sahələrində yeni layihələrin həyata keçirilməsi imkanları əsas müzakirə olunan mövzular sırasında idi”, – deyə nazir qeyd edib.

Şərh yaz