Müdafiə Nazirliyi Ağdam rayonunun Qalayçılar kəndinin videogörüntülərini paylaşıb

3

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Qalayçılar kəndinin videogörüntülərini yayıb.
HerbiAnd Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Qalayçılar kəndi 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.

 

Şərh yaz