Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

1

Azərbaycanda fevralın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 0-4° şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunundan 779 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.

Fevralın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.

Şərh yaz