Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub

3

2020-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 3187 vətəndaş müraciəti daxil olub.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu müraciətlərin 890-nı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Müraciətlərin 28 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub. Müraciət edənlərin 54 faizinə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 11 faizi isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.

Şərh yaz