Son sutka ərzində 8 mindən çox insan koronavirusdan dünyasını dəyişib

18

Son sutka ərzində dünyada koronavirusa yoluxanların sayı 384 mindən çox artıb.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 384 min 956 nəfər yeni koronavirusa yoluxub, 8 min 230 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 113 milyon 467 min 303, ölənlərin isə 2 milyon 520 min 550 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Şərh yaz