Diplomatiya Könüllüləri ilə görüşdə Ulu Öndərlə bağlı xatirələr paylaşılıb

5

Azərbaycanda elan olunmuş “Könüllülər ili” çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən bu qurumun nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ölkəmizin Polşadakı səfiri Həsən Həsənovla onlayn görüş təşkil olunub.

HerbiAnd.az saytı Azertac-a istinadən xəbər verir ki, görüş zamanı səfir Həsən Həsənov Ulu Öndərin müdrik daxili və xarici siyasəti haqqında geniş bəhs edib, Ümummilli Lider haqqında xatirələrini bölüşüb.

Səfir Heydər Əliyevin təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün fenomenal bir şəxsiyyət olduğunu xüsusi vurğulayıb.

Görüşdə, əsası Ulu Öndər tərəfindən qoyulmuş və hazırda ölkə rəhbərliyi tərəfindən davam etdirilən gənclər siyasətinin əhəmiyyəti və bu xüsusda, könüllülük hərəkatının önəmi vurğulanıb və 2020-ci ilin məhz “Könüllülər ili” elan olunmasının Azərbaycan Respublikasının Prezidentinin könüllülərə verdiyi dəyərinin növbəti nümunəsi olduğu qeyd edilib.

Sonda Azərbaycan dövləti tərəfindən Azərbaycan gəncləri üçün yaradılan imkanlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Diplomatiya Könüllüləri adından xüsusi təşəkkür ifadə olunub.

Şərh yaz