Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb VİDEO

5

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad edilmiş Düdükçü kəndinin videogörüntülərini paylaşıb.
Herbiand.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Keçmiş adı Kolatağ olan Düdükçü kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuraraq Şanlı Zəfər qazanan Müzəffər Azərbaycan Ordusu oktyabrın 15-də kəndi işğaldan azad edib.

Şərh yaz