Uşaqları teatra aparın. Böyüyəndə pis adam olmayacaqlar.

0

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Samir Qulamov YoungPress.az səhifəsinin başlatdığı “Sizə məktub var” virtual layihəsinə qoşulub. O layihə çərçivəsində çıxış edərək Azərbaycan xalqına öz təşəkkürünü bildirib.

HerbiAnd.az YoungPress.az-a istinadən xəbər verir ki, “Sizə məktub var” layihəsi son günlərdə ən çox izlənilən layihələr sırasındadır.

Qeyd edək ki, rejissor bu layihənin çox gözəl olduğunu vurğulayıb. Uzun müddət teatrda çalışdığını bildirib və əlavə edib ki, övladlarınızı teatrlara aparın və o ruhda böyüməsinə şərait yaradın. Teatrın heç bir mənfi cəhət aşılamadığını da öz fikrində ifadə edib. Rejissor əlavə edib ki, övladlarınızı qorxu filmlərini izləməsinə imkan yaratmayın.

Şərh yaz