Gənc futbolçu “Sizə məktub var” aksiyasına qoşulub

3

“Kəpəz” futbol klubunun futbolçusu Elvin Nəsibov “Young Press” səhifəsinin başlatdığı “Sizə məktub var” virtual layihəsinə qoşulub. O layihə çərçivəsində çıxış edərək idmançılara məktub ünvanlayıb.

HerbiAnd.az YoungPress.az-a istinadən bildirir ki, “Sizə məktub var” layihəsi son günlərdə ən çox izlənilən layihələr sırasındadır.

Qeyd edək ki, futbolçu məktubunda bildirib ki, ilk olaraq bu layihədə əməyi olan hər kəsə öz təşəkkürünü bildirir. Futbolçu idmançılara çətin və sıxıcı karantin günlərində evdə qalmağı və ən əsası idmansız, məşqsiz qalmamağı tövsiyyə edib.

Şərh yaz