Yunanıstanın sabiq Səhiyyə naziri koronavirusdan dünyasını dəyişib

0

Yunanıstanın sabiq Səhiyyə naziri kardiologiya üzrə professor Dimitris Kremastinos 78 yaşında koronavirusdan dünyasını dəyişib.

HerbiAnd.az saytı Azertac-a istinadən xəbər verir ki, sabiq nazir martın 26-da Afinanın Evanqelismos xəstəxanasında intensiv terapiya şöbəsinə yerləşdirilib. O, fəaliyyəti dövründə PASOK partiyasının hökumətində Səhiyyə naziri, Yunanıstan parlamentində sədr müavini, Dodekanes adaları üzrə deputat olub.

Şərh yaz