Belarus və Rusiya birgə hərbi təlim keçirəcək

7

Belarus və Rusiya iki birgə hərbi təlim keçirəcək.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, birgə hərbi təlimlərin martın 9-dan 20-dək Rusiyanın Polivno, martın 15-dən 20-dək isə Belarusun Osipoviskiy poliqonlarında keçirilməsi nəzərdə tutulur.
Rusiyada keçiriləcək birgə hərbi təlimdə 400-dən çox hərbçi və 100 hərbi texnika, o cümlədən iki Mi-24 və altı Mi-8AMTŞ vertolyotları iştirak edəcək.
Belarus ərazisində keçirilən birgə hərbi təlimə də eyni sayda canlı qüvvə və hərbi texnika cəlb ediləcək.

Şərh yaz