Müdafiə Nazirliyinin mütəxəssis-psixoloqları və yerli icra hakimiyyəti nümayəndələri şəhid ailələrini ziyarət edirlər

1

Müdafiə Nazirliyinin mütəxəssis-psixoloqları və yerli icra hakimiyyəti nümayəndələri Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərini ziyarət edirlər.
Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, ziyarət zamanı ailələrin sosial problemləri öyrənilir və onlara psixoloji dəstək fəaliyyəti həyata keçirilir.
Psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxslər müəyyənləşdirilərək onlara bu istiqamətdə müvafiq yardım göstərilməsi işi davam etdirilir.

Şərh yaz