Gömrük Komitəsinin “Ticarət Statistikası Portalı”nın təqdimatı olub

0

Aprelin 7-də Dövlət Gömrük Komitəsinin (DGK) “Ticarət Statistikası Portalı”nın təqdimatı keçirilib.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, portalın yaradılmasının məqsədi maraqlı tərəflər üçün Azərbaycan Respublikasının ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir. Portal xarici iqtisadi fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda, vahid rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək. Bu portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək onların daha dəqiq biznes araşdırmasına dəstək olacaq. Bu da öz növbəsində ticarətdə rəqabətqabiliyyətliliyin artırılmasını zəmin yaradacaq.

Portalın təqdim etdiyi digər yenilik Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri haqqında məlumatları daha müasir formatda maraqlı tərəflərə çatdırmaqdır. Komitə sahibkarlıq fəaliyyəti ilə bağlı idxal və ya ixrac zamanı malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri və sənədi verən orqanın adını publik qaydada təqdim edir.

Şərh yaz