Gəmiçilik ötən ilin yekunları, təhlükəsizlik və ətraf mühitin mühafizəsi haqqında hesabat hazırlayıb

2

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2020-ci ilin yekunları və IV rübü üzrə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi haqqında hesabatı hazırlanıb.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, hesabatda sözügedən dövrdə təhlükəsizlik xəbərləri, təhlükəsizlik videoları, baş vermiş qəza və hadisələr, tibbi hesabat, KSƏTƏMM statistikası, xarici və daxili auditlər, monitorinqlər, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ekologiya üzrə ümumi nöqsanlar, ətraf mühitin mühafizəsi üzrə məlumatlar, I, II, III rüblər üzrə çatışmazlıqların müqayisəsi, IV rübdə Təhlükəsizliyin Keyfiyyət idarəetmə sisteminə edilmiş dəyişikliklər, hazırlanmış Təhlükəsizlik bülletenləri, SƏTƏMM üzrə keçirilmiş təlimlər və sair kimi məsələlər haqqında ətraflı məlumat yer alıb.

Qeyd olunub ki, 2020-ci ilin IV rübü ərzində ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatların miqdarı 3 milyon 4 min 40 saat təşkil edib.

Hesabatda koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən bəhs olunub. Təhlükəsizlik hesabatında qarşıdakı hədəflər barədə də geniş məlumat verilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də koronavirus pandemiyasından öncə hər rübün sonu və ilin yekununda “Təhlükəsizlik Günü” keçirilirdi. Pandemiya ilə əlaqədar olaraq hazırda bu tədbir təxirə salınsa da, ASCO üzrə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi haqqında rüblük və illik hesabat hazırlanaraq aidiyyəti strukturların diqqətinə çatdırılır.

Şərh yaz