Azərbaycan yanvar-fevral aylarında 2 milyard dollarlıq neft ixrac edib

4

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar-fevral aylarında ölkədən 4 milyon 847,6 min ton xam neft ixrac edilib. Göndərilən neftin dəyəri isə 1 milyard 969,6 milyon ABŞ dolları olub.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Şərh yaz