Hazırda BP-də 2517 azərbaycanlı işləyir

1

Cari ilin birinci rübünün sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2517 nəfər təşkil edib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla bildirir ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, – deyə məlumatda qeyd olunur.

Şərh yaz