İranda bir gündə koronavirusa 1481 nəfər yoluxub, 48 nəfər vəfat edib

0

Bu gün İranda 1481 nəfər koronavirusa yoluxub, 48 nəfər isə vəfat edib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə gündəlik mətbuat konfransında İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib. O deyib ki, ümumilikdə yoluxanların sayı 110 min 767 nəfərə, ölənlərin sayı isə 6 min 733-ə çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 88 min 357 nəfər sağalaraq evə buraxılıb. Mətbuat katibinin sözlərinə görə, hazırda reanimasiya şöbəsində müalicə alan 2 min 713 nəfərin vəziyyəti ağırdır.

İranın Səhiyyə naziri Səid Nəmaki bildirib ki, İran koronavirusun yayılmasını nəzarət altına alıb. Xuzistan vilayətində virusun yayılması daha çox müşahidə olunur. Lakin yaxın günlərdə bu vilayətdə də vəziyyət sabitləşəcək.

Nazir nəzərə çatdırıb ki, virusa yoluxan insanların müalicəsində istifadə olunan dərman preparatları İranda istehsal edilir. İranlı mütəxəssislər koronavirusa qarşı vaksin üzərində də iş aparırlar. Bəzi araşdırmaların nəticələri artıq Ümumdünya Səhiyyə Təşkilatına təqdim olunub.

Şərh yaz