Budapeşt Şimal ölkələrinə cavab verib

0

Macarıstan XİN-in başçısı Piter Siyyarto Şimal ölkələrindən olan beş həmkarına onların Avropa Şurasının baş katibinə müraciəti ilə əlaqədar məktub göndərib.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Siyyarto öz müraciətində Budapeştin koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində gördüyü tədbirlərə İsveç, Finlandiya, Norveç, İslandiya və Danimarkanın qərəzli yanaşmasından məyus olduğunu bildirib.

Siyyarto bu beş ölkənin Avropa Şurasına müraciətində olan ittihamları feyk xəbər adlandırıb.

Xatırladaq ki, beş ölkənin xarici siyasət idarələri hakimiyyətin hökumətin əlində birləşməsi ilə bağlı əndişələrini ifadə edib və pandemiyanı hakimiyyəti qəsb etmək üçün “bəhanə” adlandırıb. Macarıstan XİN-in başçısı cavab məktubunda bildirib ki, bu, parlamentin fövqəladə vəziyyətdə qərarı olub və elə həmin parlament də istənilən vaxt onu ləğv edə bilər.

Siyyarto Şimal ölkələrindən olan həmkarlarına mütləq məktub yazacağını bir gün əvvəl “Facebook” səhifəsində elan edib.

Şərh yaz