Üç ayda dəniz nəqliyyatı ilə 85,6 min ton yük daşınıb

0

Cari ilin yanvar-mart aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 85,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 101,5 milyon ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən Herbiand-a verilən məlumata görə, üç ayda dəniz nəqliyyatı ilə ixrac olunan 26,7 min ton yükün dəyəri 12,5 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 58,9 min tondan çox, dəyəri isə 89 milyon dollar olub.

Şərh yaz