Xarici ölkələrdən Azərbaycana gətirilən vətəndaşlarımızın sayı açıqlanıb

3

Mayın 5-də quru sərhədi vasitəsilə 94 vətəndaşımızın İrandan Azərbaycana keçidi təmin olunub.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib ki, mayın 7-də İstanbuldan 212 vətəndaş ölkəyə gətirilib. Mayın 8-də Daşkənddən 50, mayın 11-də Baltikyanı ölkələrdən 52 vətəndaşımızın, mayın 12-də Rusiyada təhsil alan azərbaycanlıların ölkəyə gətirilməsi təmin edilib. 124 vətəndaşımızın Minskdən gətirilməsi həyata keçirilib. Mayın 14-də isə Kiyevdən də vətəndaşlarımızın ölkəyə gətirilməsi nəzərdə tutulur. Ölkəyə gətirilən şəxslər karantin müəssisələrinə yerləşdirilir və lazımi yardım göstərilir.

Şərh yaz