Vətənpərvərlik ruhdan qaynaqlanan bir hisdir, bu ruhun kökü isə ailədən başlayır

6

Orxan Cabbarlı: “Gənclərin vətənpərvərlik hislərinin formalaşmasında ailə faktoru çox önəmli dərəcədə rol oynayır”

Məlumdur ki, milli mənlik şüuru anlayışına vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq kimi sosial keyfiyyətlər daxildir. Milli mənliyə gedən yol isə milli özünüdərkdən keçir. Sadalanan keyfiyyətləri insan dünyagörüşünün formalaşdığı vaxtda əldə edir bu da vətəndaşın gənclik dövrünə təsadüf edir. Danılmaz faktdır ki, insan ilk tərbiyəsini ailədə alır. Bu tərbiyəyə yalnız etika, estetikanı aid etmək olmaz. Bəzən ailəni dövlətin kiçik modeli də adlandırırlar. Aparılan soğrular deməyə əsas verir ki, dövlətin vətəndaşı ailədə həm də dövlətin tələb etdiyi tələblərə uyğun tərbiyə almalıdır. Belə tərbiyə məsələsində hər bir valideynin üzərinə böyük yük və məsuliyyət düşür. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə tanınmış jurnalist, teleaparıcı Orxan Cabbarlı fikirlərini daha geniş şəkildə bizimlə bölüşəcək.

Zəhmət olmasa, oxucularımız üçün özünüz haqqında daha geniş məlumat verərsiniz.

Mən 1982-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşam. 5-ci sinfə kimi həmin kənddə təhsil almışam. 1993-cü ilin aprel ayında Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində ailəmizlə birlikdə Bakı şəhərində məskunlaşmışıq. 1999-cu illdə Bakı şəhəri yasamal rayonu 286 nömrəli məktəbi bitirmişəm, elə həmin il Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuşam. 2003-cü ildə bakalavrpilləsini, 2005-ci ildə isə magistratura pilləsini bitirmişəm.

2005 ildə Azərbaycan Respublikası DövlətSərhəd Xidmətinin Sərhəd Qoşunları sıralarındaxidmətə başlamışam. 2006-ı ildə xidmət apardığım N saylı sərhəd dəstəsinin sərhəd zastavasından kiçikçavuş rutbəsi ilə tərxis olunmuşam.

– Sizin fikrinizcə, gənclərdə vətənpərvərlik hislərinin, milli mənlik şüurunun formalaşması istiqamətində nə kimi tədbirlər görmək lazımdır ?

– Vətənpərvərlik ruhdan qaynaqlanan bir hissdir. Bu ruhun kökü isə ilk olaraq ailədən başlayır. Yənivətənpərvərliyin ilkin qığılcımları ailədən, daha sonratəhsil müəssisələrindən başlayır. Amma etiraf etməklazımdır ki, bu işdə ailənin rolu daha çoxdur. Təsadüfideyilməyib ki, vətənpərvərlik hissi uşağa ilk növbədəatadan, anadan keçməlidir. Təcrübə göstərir ki, ailədəvətənpərvərlik tərbiyəsi kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlarınvətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvikeyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmənəzərdə tutulur. Uşaqların, yeniyetmələrin, həmçiningənclərin də vətənpərvərlik hislərinin formalaşmasındaailə faktoru çox önəmli dərəcədə rol oynayır. Dahasonra isə bu hislərin formalaşması ətraf mühitə vəinsanlara qarşı münasibətdən başlayır. Bir sözlə, bir-birinə bağlı olan bir çox nüanslar milli mənlikşüurunun formalaşmasına təsir edir.

Mən düşünürəm ki, bu mövzunu hər kəs diqqətdəsaxlamalıdır. Doğma vətənin babalardan qalan əmanətolduğunu və bizdən sonrakı nəsillərə necə varsa, eləötürməyə borclu olduğumuzu hiss etdirməliyik.

Bu, hərşeydən öncə hər birimizin vətəndaşlıq borcudur. Vətənbizə əmanətdir və onu qorumaq üçün hər şey etməkvəzifəmizdir. Həmçinin gənclərdə də vətənpərvərlikhislərini formalaşdırmaq istiqamətində müəyyəntədbirlər davamlı olaraq görülməlidir.

– Bəs sizcə, Kütləvi İnformasiya Vasitələri bu istiqamətdə nə kimi tədbirlər görə bilər?

– Mənim fikrimcə, milli mənəvi dəyərlərin məhvinəhesablanmış ideya və fikirlərə yer verilməməli, müharibə şəraitində olan bir ölkənin yeni yetişən gəncnəslinin mənəvi-psixoloji durumu nəzərə alınmalıdır. Təbii olaraq burada hər kəsin üzərinə, xüsusilə dəKütləvi İnformasiya Vasitələrinin də üzərinə böyükməsuliyyət düşür. Daima çalışmaq lazımdır ki, KİV-dəvətənpərvərlik təbliğ olunsun, gənclərimizin millimənlik şüuru düzgün istiqamətdə formalaşsın.

– 2016-cı ilin aprel zəfəri haqqındakı düşüncələrinizbizim üçün çox maraqlı olardı.

– İllərdir qələbəyə ac olan milyonlarla azərbaycanlıüçün şanlı zəfər tariximiz olan aprel döyüşləri bir dahagöstərdi ki, düşmən tapdağında olan torpaqlarımızıişğaldan azad etmək üçün hər bir azərbaycanlı vətəninəsgəridir, hər zaman döyüşə hazırdır və torpaqlarınıişğaldan azad etməyə qadirdir. Həmin döyüşlər bizimbirliyimizin və vətənpərvərliyimizin də nümunəsi oldu.

– Ordumuzun inkişafında  kimi irəliləyişlər nəzərə çarpır?

–  Hər birimiz Azərbaycan ordusunun günü-gündəngücləndiyinin şahidi oluruq. Son zamanlar keçiriləntəlimlər və paradlar bunu bir daha əyani şəkildənümayiş etdirdi. Düşünürəm ki, illər keçdikcə daha da çox uğur qazanacağıq.

– Azərbaycan gəncinin bu günkü imkanlarından danışa bilərsiniz?

– İmkanlar, əlbəttə ki, əvvəlki dövrlərlə müqayisədədaha genişdir. Mən düşünürəm ki, bu imkanlardandaha çox şəxsi yox, ictimai mənafe nəzərə alınaraqistifadə edilməlidir. O zaman daha çox uğurlu nəticələrəldə etmək olar. Yəni gənclərimiz də bu imkanlardanşəxsi mənafe güdərək yox, ictimai mənafeni nəzərəalaraq vətən üçün, xalq üçün uğur və fəaliyyətlərqazansalar, daha çox irəli getmək olar. Ölkəmizi, xalqımızı sözün əsl mənasında yaxşı təmsil etmək hərbir vətəndaşın borcudur.

– Sizcəgənclərimiz beynəlxalq aləmdə ölkəmizi necə təmsil edir?

– Əvvəlki illərlə müqayisədə bu sahədə də xeylinümunələr var ki, onlar ölkəmizi layiqincə təmsil edirvə xüsusən də elm, təhsil göstəriciləri ilə ölkəmizinadını ucaldırlar. Bu məni çox qürurlandırır. BirAzərbaycan vətəndaşı olaraq belə gənclərimizi görəndəfəxr edirəm. Düşünürəm ki, bu nümunələr ildən-ilədaha da çoxalacaq və gənclərimiz beynəlxalq aləmdəölkəmizi layiqincə təmsil etməyə davam edəcəklər. Biz isə onlarla daha çox fəxr edəcəyik.

– Gələcək planlarınız nələrdən ibarətdir?

– Planlarım çoxdur. Onlardan birini deyə bilərəm. Birneçə aydan sonra yüz minlərlə şagird və tələbəninfaydalana biləcəyi bir təhsil portalı üzərində işləyirik. Gələcək planlardan biri də məhz həmin işimizi uğurlaictimaiyyətə təqdim etməkdir.

– Sizə bu yolda uğurlar arzulayırıq.

– Təşəkkür edirəm.

– Sonda isə ənənəvi sualımıza keçid alaq, “Hərbi And” oxucularının əsas hissəsinin əsgərlərdən, hərbçilərdən ibarət olduğunu bilərək onlara nə tövsiyə edərdiniz ?

– Əsgər olmaq, vətənin sərhəddini qorumaq, Azərbaycan Silahlı Qüvvələrinin əsgər formasınıgeyinmək özü bir şərəfdir, fikrimcə. On ildən çoxdurki, mən hərbi xidməti başa vursam da, o günlər üçünhərdən darıxıram. Əsgər yoldaşlarımızla indi dəgörüşür, hərbi xidmətdə olduğumuz günləri yada salırvə dar günün dostluğunun nə qədər möhkəmolduğunun şahidi oluruq. Vətən darda olanda onu bir-birinin dayağı olan igidlər qoruya bilir. Mən dəəsgərlərimizə bir-birinə dayaq olmağı tövsiyə edirəmvə hər bir vətən əsgərinə xoş xatirələrlə yada salacağıqələbə xəbərli hərbi xidmət dövrü  arzulayıram! Biz hamımız əsgərlərimizlə fəxr edirik.

– Zamanınızı bizə ayırdığınıza görə təşəkkür edirik.

– Siz sağ ol

Aytən NAZİMQIZI
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Şərh yaz