Baltikyanı ölkələr arasında sərhədlər açılır

1

Latviya, Estoniya və Litva xarici sərhədlərini bağlı saxlayaraq öz aralarında daxili sərhədləri açmağa qərar veriblər.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Latviya, Estoniya və Litvaya xarici ölkələrdən gələnlər iki həftə məcburi karantin rejimində qalmalı olacaqlar.

“Estoniya, Latviya və Litva Avropada “kiçik Şengen zonası” − daxili sərhədi olmayan zona yaradıb. Bu gündən etibarən hamımız – Baltikyanı ölkələrin əhalisi epidemioloji qaydalara riayət edərək dövlətlərimiz arasındakı sərhədi keçməkdə azadıq. Bu, Latviya üçün xüsusilə vacibdir, çünki Litva və Estoniya bizim ən böyük iqtisadi tərəfdaşlarımızdır”, – deyə Latviya Prezidenti Eqils Leviç söyləyib.

Şərh yaz