Bir gündə İranda 1757 nəfər koronavirusa yoluxub

1

Son 24 saat ərzində İranda koronavirusa 1757 yoluxma halı aşkar edilib, 35 nəfər isə ölüb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 118 min 392 nəfərə, ölənlərin sayı isə 6 min 937 çatıb.

Xüsusi rejimli xəstəxanalarda müalicə alan 93 min 147 nəfər sağalaraq evə buraxılıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, intensiv terapiya şöbəsində yatan 2 min 716 nəfərin vəziyyəti ağırdır.

Şərh yaz