Belarusda koronavirusa yoluxan və bu infeksiyadan ölənlərin sayı artmaqdadır

1

Belarusda son sutkada koronavirusa (COVID-19) 2856 nəfər yoluxub, 14 nəfər isə bu infeksiyadan ölüb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki,Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 28 min 681 nəfərdir. Onlardan 9 min 498 nəfəri tam sağalaraq evə buraxılıb, 160 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 335 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.

Şərh yaz