COVID-19 virusu ilə əlaqədar latviyalı tələbələrin bir qismi təhsilini dayandıra bilər

0

 

COVID-19 virusu ilə əlaqədar latviyali tələbələrin 12 faizi təhsilini dayandıra bilər.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu məlumat Latviya Tələbə Birliyinin aprelin ortalarında 42 universitetdən 8661 tələbə arasında keçirdiyi sorğu nəticəsində əldə olunub.

Sorğuda iştirak edən tələbələrin əksəriyyəti əyani, yarıdan çoxu isə ödənişli əsaslarla təhsil alır. “Latvijas avīze” qəzetinin yazdığına görə, fövqəladə vəziyyətin onların maddi vəziyyətinə necə təsir edəcəyi barədə sualına tələbələrin 15,2 faizi tamamilə gəlirsiz qalacağını, 25 faizi gəlirlərinin yarısından çoxunu, təxminən 30 faizi isə gəlirlərinin yarısından azını itirəcəyi cavabını verib.

Buna görə Latviya Tələbə Birliyi daha çox zərər çəkənlər üçün xüsusi böhran təqaüd fondu yaratmağa çağırır. Əgər 8 min tələbəyə 4-7 ay ərzində 100 avro təqaüd ödənilərsə, bu, dövlət büdcəsinə 3,2-5,6 milyon avroya başa gələcək. Eyni zamanda, bakalavr pilləsində təhsil alan ən yaxşı tələbələrin təqaüdlərini aylıq 100 avrodan 200 avroya, magistraturada təhsil alanların təqaüdlərini isə 300 avroya qədər artırmağın zəruri olduğu bildirilib.

 

 

Şərh yaz