Ötən gün Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5642 test aparılıb

1

Mayın 16-da Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5642 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 226.005-ə çatıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib. Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1158-dir. Xəstələrdən 38 nəfəri reanimasiyadadır ki, onlardan da 13-ü süni tənəffüs aparatına qoşulub.

Xatırladaq ki, mayın 16-da Azərbaycanda koronavirusa daha 158 yoluxma faktı qeydə alınıb, 58 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib.

Şərh yaz