Tərtərdə karantin qaydalarını təkrar pozan bloger cərimələnib

0

Özünü bloger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə rayon polis şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək, sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z.Mahmudovun inzibati qaydada üçüncü cəzasıdır. Bundan əvvəl də o, iki dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimələnib.

Şərh yaz