Futbol oyunlarını bərpa etmək üçün İtaliya hökuməti bir az daha gözləyəcək

4

Cüzeppe Kontenin rəhbərlik etdiyi İtaliya hökuməti iyunun 15-də ölkə ərazisindəki kino və teatrların açılmasına qərar verib. Lakin futbol oyunlarının bərpası hələ də qalır.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki,  Avropa Birliyi ilə sərhədlərini də açan İtaliya hökuməti futbol oyunlarını bərpa etməyə tələsmir, çünki bunun üçün daha güclü zəmanət olduğunu əsas gətirir. Son keçirdiyi iclasda futbol oyunlarına insan axınının çoxluğunu və istər-istəməz yaxın təmas olduğunu deyən Baş Nazir bu zaman hər hansı yoluxma faktının qacınılmazlığını bildirib.

Buna baxmayaraq ölkədə idman zalları və üzgüçülük hovuzları mayın 25-də açılacaq.

Şərh yaz