ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

3

ABŞ şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı məsələləri müzakirə edilib.
Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik”, – deyə nazir bildirib.

Şərh yaz