Müdafiə Nazirliyi Laçın rayonunun Bozlu kəndinin videogörüntülərini paylaşıb VİDEO

2

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Bozlu kəndinin videogörüntülərini paylaşıb.

Herbiand Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Minkənd çayının sol sahilində, Qarabağ yaylasında yerləşən Bozlu kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli Bəyanata əsasən Laçın rayonu dekabrın 1-də azad olunub.

Şərh yaz