Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yeni layihə – Himayədar ailə

1

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Herbiand-a verilən məlumata görə, nazirlik tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işlərinə başlanılıb.

“Himayədar ailə” modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər, himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir.

Yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması məqsədilə nazirlik tərəfindən onlayn sorğu keçirilir. Hər kəs sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər.

2021-ci il sentyabrın 1-dək keçiriləcək sorğuda iştirak üçün bu linkə daxil olmaq lazımdır.

Şərh yaz