Azərbaycanın ən çox məhsul aldığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin adları açıqlanıb

0

Yanvar-aprel aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Türkmənistan qərarlaşıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Türkiyədən idxalın dəyəri 503 milyon 43 min ABŞ dolları, İrandan 95 milyon 57 min, Türkmənistandan 45 milyon 239 min dollar təşkil edib.

Ölkəmiz keçən ilin müvafiq dövrünə nisbətən Türkiyə və Türkmənistandan idxalı artırıb, İrandan isə azaldıb.

Şərh yaz