AZAL Berlindən 188 Azərbaycan vətəndaşını ölkəmizə gətirib

0

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən mayın 19-da Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki,həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin Vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Şərh yaz