PUA heyətləri idarəetmə məntəqələrinin kəşfiyyat məlumatları ilə təmin olunması tapşırıqlarını yerinə yetiriblər

4

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə olunan məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, PUA heyətləri, həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə olunması məntəqəsinə göndərilməsi üzrə tapşırıqları yerinə yetirirlər. Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.

Şərh yaz