Prezident: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

1

Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. İctimai nəzarətin xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amil olduğunu vurğulayan Prezident deyib: “Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir”.

Şərh yaz