Xaricə satılan bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb

2

Yanvar-mart aylarında Azərbaycandan dəyəri 24,8 milyon ABŞ dolları olan 39,6 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 3 ayda ölkədən, həmçinin 61,3 milyon dollarlıq 175,2 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 2,1 milyon dollarlıq 11,9 min ton maye qaz, 1,5 milyon dollarlıq 17,3 min ton neft koksu göndərilib.

Şərh yaz