Metanol istehsalı 67,6 faiz artıb

1

Yanvar-aprel aylarında Azərbaycanda 44,8 min ton propilen (ondan əmtəəlik 43,7 min ton), 31,8 min ton polietilen, 57,7 min ton etilen, 161,1 min ton metanol (metil spirti) istehsal olunub.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, 4 ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 24,9 faiz artıb. Mayın 1-nə 2,3 min ton propilen, 5,5 min ton polietilen və 33,4 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövründə əsas kimya məhsullarından metanol istehsalı 67,6 faiz, etilen istehsalı 18,2 faiz, propilen istehsalı isə 17,9 faiz artıb.

Şərh yaz